ADA Universitetinin tərəfdaşlığı ilə “ROBOTİKS” müsabiqəsi təşkil edilib
Bakı, 26 may, AZƏRTAC
“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində ADA Universitetinin tərəfdaşlığı ilə “ROBOTİKS” müsabiqəsi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, müsabiqə insanlara və müəssisələrə gündəlik fəaliyyətdə, istehsalatda və hətta kosmosda faydalı ola bilən hər hansı bir işin müəyyən hissəsini yerinə yetirə bilən, mürəkkəb mexanizmləri sadələşdirən, hətta əyləncə funksiyasını yerinə yetirən robotların dizayn edilməsini dəstəkləyir. Robotlara müxtəlif növ mexaniki və ya pnevmatik əməliyyatları yerinə yetirmək üçün dizayn edilən, həmçinin materialın kinetik xüsusiyyətlərinə əsaslanan, öncədən proqramlaşdırılmış tapşırıqlar nəzdində fəaliyyət göstərən və ya süni intellekt tərəfindən idarə olunan, müxtəlif bort sensorları ilə yönləndirilən istənilən avtomatik qurğular daxildir. “ROBOTİKS” müsabiqəsi məktəblilər və tələbələr arasında keçirilir.
Təhsildə süni intellekt – AzMİU-da bir sıra sahələr üzrə yeni metodlar tətbiq oluna bilər
Google öz istifadəçiləri üçün mühüm yenilik tətbiq edir
BDU-da yanğınları ilkin mərhələdə müəyyənləşdirən və söndürən ağıllı robot hazırlanır
Böyük Britaniya fəzaya kiçik radar peykləri göndərəcək
Süni intellektin “xaç atası” bu sahədə sürətli inkişafın qorxulu olduğunu bildirib