×
A
A
A
Sazlamalar

UNEC-də “Bir” tələbə-könüllü proqramı çərçivəsində reallaşdırılan layihələr müzakirə edilib

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “Bir” tələbə-könüllü proqramının nümayəndələrinin tələbələrlə görüşü keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev, Biznes və menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov, Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev iştirak ediblər.
Tədbirdə tələbələrə təşkilatın yaranma tarixi, həyata keçirdiyi layihələr haqqında məlumat verilib, videoçarxlar nümayiş olunub.
Daha sonra proqramın universitet üzrə koordinatorları - İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Zəhra Kazımova və Beynəlxalq İqtisadiyyat Məktəbinin III tələbəsi Əli Əliyev çıxış edərək, UNEC-də proqram çərçivəsində həyata keçirilən layihələr haqqında məlumat veriblər.
Sonda tələbələr üçün bir sıra oyunlar təşkil edilib.

Elm və təhsil 2022-05-26 11:05:00