"Roma" klubunun baş məşqçisi Joze Mourinyo tarixi rekorda imza atıb
Bakı, 26 may, AZƏRTAC
İtaliyanın "Roma" klubunun baş məşqçisi Joze Mourinyo tarixi rekorda imza atıb. Portuqaliyalı mütəxəssis bu uğura komandasının UEFA Konfrans Liqasının finalında Niderlandın "Feyenoord" klubuna qalib gəlməsi ilə nail olub - 1:0.
AZƏRTAC xəbər verir ki, J.Mourinyo tarixdə 4 fərqli klubla avrokubok çempionluğu yaşayan ilk baş məşqçidir. Belə ki, mütəxəssis "Portu" (2003-2004-cü il mövsümü) və "İnter" (2009-2010-cu il) ilə UEFA Çempionlar Liqasının qalibi olub. O, 2016-2017-ci il mövsümündə "Mançester Yunayted" klubu ilə UEFA Avropa Liqasında çempionluq sevinci yaşayıb. J.Mourinyo, həmçinin 2002-2003-cü il mövsümündə "Portu" ilə UEFA kuboku yarışlarının qalibi olub.
Futbol üzrə Afrika Millətlər Kuboku yarışı 2024-cü ilin yanvarına təxirə salınıb
“Neftçi” klubu Gürcüstan milli komandasının üzvünü transfer edib
Dünya Badminton Günü ilə bağlı Qusarda tədbir keçirilib
“Zirə” klubu futbolçusu Sərtan Taşkınla müqaviləni yeniləyib