×
A
A
A
Sazlamalar

Neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında minifutbol turnirinə start verilib

Bakı, 25 may, AZƏRTAC

“Neftçi” idman klubunun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında minifutbol turnirinə start verilib. Yarış 28 May – Müstəqillik Gününə həsr olunub.
AZƏRTAC kluba istinadla xəbər verir ki, yarış Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirilir.
İlk üç yeri tutacaq komandalar “Neftçi” tərəfindən kubok, diplom və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.
Yarış mayın 27-dək davam edəcək.

İdman 2022-05-25 17:43:00