Bakıdakı Rus Evində “Xalqlar dostluğu” uşaq şahmat turniri keçiriləcək
Bakı, 24 may, AZƏRTAC
Mayın 26-da Bakıdakı Rus Evində Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş “Xalqlar dostluğu” uşaq şahmat turniri keçiriləcək.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, turnirdə həm Azərbaycan, həm də Rusiyadan şahmat və ümumtəhsil məktəblərinin nümayəndələri iştirak edəcəklər.
Turnir Rus Evinin şahmat klubu, “Ağ At” şahmat məktəbi, Gəncə və qərb bölgəsi üzrə Rus İcması, Yuqorskdakı 5 və Kalininqraddakı 57 nömrəli məktəblərin birgə təşkilatçılığı ilə keçiriləcək.
Günay Məmmədzadə Polşada şahmat festivalında uğurlu çıxışını davam etdirir
U-20 Avropa çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə qayıdıblar
“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasında mübarizəyə əsas mərhələdən start verəcək