×
A
A
A
Sazlamalar

Məktəblilərimiz Avropa Fizika Olimpiadasında uğur qazanıblar

Bakı, 24 may, AZƏRTAC

Sloveniyanın paytaxtı Lyublyanada keçirilmiş Avropa Fizika Olimpiadasında Azərbaycan məktəbliləri uğurla çıxış edərək 4 bürünc və 1 həvəsləndirici mükafat qazanıblar.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan akademik Zərifə Əliyeva adına Liseyin XI sinif şagirdi Eşqin Alıyev, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Sadiq Sadıxzadə, BDU-nun nəzdindəki “Gənc İstedadlar” liseyinin XI sinif şagirdi Rəfsan Həbibullayev və Bakı şəhəri 147 nömrəli texniki-humanitar liseyin XI sinif şagirdi Vaqif Əliyev bürünc medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Nicat Abbasov isə həvəsləndirici mükafata layiq görülüb.

Elm və təhsil 2022-05-24 17:53:00