Oğuzda Müstəqillik Gününə həsr olunan voleybol yarışına start verilib
Oğuz, 24 may, Mustafa Dadaşov, AZƏRTAC
Mayın 24-də Oğuz şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş voleybol üzrə birinciliyə start verilib. Oğuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi və rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə şəhər 2 saylı tam orta məktəbin idman zalında keçirilən yarışda rayonun ümumtəhsil məktəblərini təmsil edən oğlanlardan ibarət 8 komanda mübarizə aparır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Bildirilib ki, yarış iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət edib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların məzarları üzərinə gül dəstələri düzüblər.
Birinciliyin açılış mərasimində çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Birincilik iki gün davam edəcək.
Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub
Füzulidə Silahlı Qüvvələr Günü ərəfəsində bir qrup qaziyə təltif olunduğu medallar təqdim edilib