UEFA Avropa Liqası: “Fənərbağça”nın hücumçusu Mergim Berişanın qolu mövsümün ən yaxşısı seçilib
Bakı, 23 may, AZƏRTAC
UEFA Avropa Liqasında 2021/2022-ci il mövsümünün ən yaxşı qolu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən, Türkiyənin “Fənərbağça” klubunun hücumçusu Mergim Berişanın Belçikada “Antverpen”i 3:0 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin dördüncü tur matçında qayçı zərbəsi ilə vurduğu qol ən yaxşı seçilib.
Matçın 29-cu dəqiqəsində rəqib qapısına yol tapan 24 yaşlı almaniyalı forvard görüşdəki yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, "Fənərbağça" Avropa Liqası ilə qrup mərhələsində vidalaşıb.
Bakının “Neftçi” klubu Türkiyədə üç yoxlama oyunu keçirəcək
“Turan Tovuz” klubu heyətini yeni futbolçu ilə gücləndirib
Jurnalistlər üçün beynəlxalq seminar keçirilir
Dünya çempionatı: Bu gün qadın həndbolçulardan ibarət millimizin rəqibi müəyyənləşəcək