Şahmatçımız beynəlxalq turnirdə liderlər qrupunda qərarlaşıb
Bakı, 24 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir.
AZƏRTAC xəbər verir ki, şahmatçımız Misrətdin İsgəndərov ötən 3 turda maksimum xal toplayaraq liderlər qrupunda qərarlaşıb. Komandamızın digər üzvləri Məhəmməd Muradlı 2,5, Nicat Abasov 2, Aydın Süleymanlı 1 xal toplayıblar.
Turnirdə 32 ölkədən 80 şahmatçı iştirak edir ki, onlardan da 65-i qrosmeysterdir.
Qeyd edək ki, mayın 29-da başa çatacaq yarış 9 turdan ibarətdir və İsveçrə sistemi ilə keçirilir.
Cüdoçularımız Avropa kuboku yarışında 1 gümüş, 1 bürünc medal qazanıblar
“Qarabağ” – “Lex” oyununu ingiltərəli hakimlər briqadası idarə edəcək
Tamblinqçimiz Mixail Malkin Portuqaliyada dünya kuboku yarışında birinci olub
Para-atletimiz Tunis Qran-Prisində qızıl medal qazanıb
Gənc idman gimnastımız beynəlxalq Budapeşt kuboku yarışında üç medal qazanıb