“Bavariya” klubu mərakeşli futbolçu ilə müqavilə imzalayıb
Bakı, 24 may, AZƏRTAC
Almaniyanın “Bavariya” futbol klubu müdafiəçi Nussair Mazrouini transfer edib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 24 yaşlı mərakeşli futbolçu ilə 2026-cı ilin iyununadək müqavilə imzalanıb. Onun “Ayaks”la müqaviləsi başa çatdığı üçün mərakeşli oyunçu Münhen təmsilçisinə azad agent kimi keçib.
Qeyd edək ki, N.Mazroui 2021/2022-ci il mövsümündə “Ayaks”da 34 oyunda meydana çıxıb, 5 qol vurub, 4 qolun ötürməsini edib.
İraq millisinin 19 yaşlı üzvü "Mançester Yunayted" klubu ilə yeni müqavilə imzalayıb
Basketbol üzrə milli komandamız Avropa çempionatında ilk oyununu keçirib
"Liverpul"un hücumçusu Takumi Minamino "Monako"ya keçib
Azərbaycan çempionu "Murov" Xorvatiyanın “Kitro Varazdin” klubu ilə qarşılaşacaq
Güləşçimiz Qurban Qurbanov U-20 Avropa çempionatının finalına yüksəlib