×
A
A
A
Sazlamalar

Bu gün “Chessable Masters” turnirinin yarımfinal mərhələsinin oyunları keçiriləcək

Bakı, 24 may, AZƏRTAC

Bu gün “Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsi olan “Chessable Masters” yarışında yarımfinal mərhələsinin oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, final uğrunda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen çinli Dinq Liren, Aniş Giri (Niderland) hindistanlı Rameşbabu Praqnanandha ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, dörddəbir finalda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov D.Lirenə 1,5:2,5 hesabı ilə məğlub olaraq turnirdə çıxışını dayandırıb.
Mayın 26-dək davam edəcək turnirin mükafat fondu 210 min ABŞ dollarıdır.

 

 

İdman 2022-05-24 11:58:00