Basketbolçularımız Avropa çempionatına Qaxda hazırlaşırlar
Bakı, 24 may, AZƏRTAC
On səkkiz yaşadək oğlan basketbolçulardan ibarət yığma komandamız Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını davam etdirir.
Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, millimiz baş məşqçi Tahir Baxşıyevin rəhbərliyi altında gündə iki dəfə məşqə çıxır.
Təlim-məşq toplanışının əsas məqsədi iyulun 24-31-də San-Marinoda keçiriləcək U-18 Avropa çempionatının C divizionu çərçivəsində baş tutacaq oyunlara hazırlıqdır.
Toplanışa mayın 29-da yekun vurulacaq.
“Barselona”nın ev oyunlarını keçirdiyi “Kamp Nou” stadionunun adı dəyişdirilib
Qadın güləşçilərimiz iki rekorda imza atıblar
Basketbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib
Azərbaycan güləşçisi Birgül Soltanova U-20 Avropa çempionatında qızıl medal qazanıb