“Qəbələ” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib
Bakı, 23 may, AZƏRTAC
“Qəbələ” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” İlkin Qırtımovu heyətinə qatıb. Otuz iki yaşlı müdafiəçi ilə birillik müqavilə imzalanıb.
Son klubu “Şamaxı” olan İ.Qırtımov 2015-2018-ci və 2019 - 2022-ci illərdə bu komandada çıxış edib. O, Premyer Liqada “Simurq”, “Neftçi” və “Zirə”nin də formasını geyinib.
Qeyd edək ki, İ.Qırtımov Azərbaycan millisində də çıxış edib. Yığmada 2014-cü ildə debüt edən müdafiəçi 5 matç keçirib.
“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasında mübarizəyə əsas mərhələdən start verəcək
“Zirə” futbolçusu Filipe Paxtmanla müqaviləni yeniləyib
“Neftçi” klubu iki futbolçusunu icarəyə verib
Dünya çempionatı: Futzal üzrə Azərbaycan millisi püşkatma zamanı birinci səbətdə yer alacaq
İddiaçılar turniri: Teymur Rəcəbov çinli şahmatçı ilə qarşılaşacaq