×
A
A
A
Sazlamalar

“Sabah” futbolçusu Slavik Alxasovla yollarını ayırıb

Bakı, 23 may, AZƏRTAC

Bakının “Sabah” klubu futbolçusu Slavik Alxasovla yollarını ayırıb.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Paytaxt təmsilçisi təcrübəli oyunçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

İdman 2022-05-23 17:14:00