×
A
A
A
Sazlamalar

“Sabah” klubu Azərbaycan Premyer Liqasında 25-ci heç-heçəsinə imza atıb

Bakı, 22 may, AZƏRTAC

“Sabah” futbol klubu Azərbaycan Premyer Liqasında 25-ci heç-heçəsinə imza atıb.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, XXVIII turun “Qəbələ” ilə səfər matçı komandanın 104-cü oyunu olub. Bakı təmsilçisi yubiley heç-heçəsini qollu sülhlə gerçəkləşdirib – 1:1.
“Sabah”ın bərabərlik topuna imza atan Aleksey Kaşuk klub tarixinə 50-ci səfər qolunun müəllifi kimi düşüb. Paytaxt təmsilçisi rəqib meydanlarındakı 53-cü görüşdə 50-ci dəfə fərqlənib.

 

 

 

İdman 2022-05-22 18:31:00