Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin 5,2 faizi taksilərin payına düşür
Bakı, 21 may, AZƏRTAC
Yanvar-aprel aylarında nəqliyyat sektorunda daşımalarda xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 420,2 milyon sərnişin daşınıb və 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,4 faiz artım qeydə alınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin 94,8 faizi avtobus, 5,2 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 19,1 faiz artıb.
Bakı metrosunda son 3 ildə ilk dəfə yay qrafiki tətbiq olunur VİDEO
AZAL Bakı-Daşkənd-Bakı istiqaməti üzrə uçuşların sayını artırır
AZAL-ın İstanbul-Bakı reysinin uçuş saatı texniki səbəbdən gecikir
Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti ICAO-nun simpoziumuna qatılıb