×
A
A
A
Sazlamalar

TRACECA-nın Azərbaycan hissəsində 11 milyon tona yaxın yük daşınıb

Bakı, 18 may, AZƏRTAC

Cari ilin ilk rübündə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10 milyon 858,3 min ton, yük dövriyyəsi isə 2 milyard 557,7 milyon ton-kilometr olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 6 milyon 115,1 min tonu və ya 56,3 faizi avtomobil nəqliyyatı, 3 milyon 507 min tonu və ya 32,3 faizi dəmir yolu nəqliyyatı, 1 milyon 236,2 min tonu və ya 11,4 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 23,8 faizini və ya 2 milyon 585,3 min tonunu tranzit yüklər təşkil edib.

 

Nəqliyyat 2022-05-18 17:57:00