×
A
A
A
Sazlamalar

Alma sirkəsinin insan orqanizmi üçün faydaları

Bakı, 17 may, AZƏRTAC

Alma sirkəsi sağlamlıq üçün olduqca faydalıdır. Tərkibindəki maqnezium, kalium və vitaminlər səbəbindən immuniteti gücləndirir və bədənin turşu balansını tənzimləyir. Şəkər xəstəliyindən əziyyət çəkənlərin qan şəkərini stabilləşdirir.
AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, alma sirkəsinin həm saç, həm də dəri üçün faydaları saysız-hesabsızdır. Saçları parlaqlaşdırır, baş dərisindəki məsamələri açır, saçın nəfəs almasını və sağlam qidalanmasını təmin edir. Eyni zamanda alma sirkəsi dəri üçün də faydalıdır. Dəridəki ölü hüceyrələri təmizləyir. Mütəmadi olaraq alma sirkəsindən istifadə etmək dərini parlaq və hamar edir. Quru dərilər üçün nəmləndirici rolu oynayır və quru dəri problemini aradan qaldırır.
Zəngin mineral tərkibi səbəbindən orqanizmdə itirilmiş mineralları bərpa edə bilir.

Sağlamlıq klubu 2022-05-17 17:04:00