×
A
A
A
Sazlamalar

Fudokan üzrə birinci açıq Sumqayıt birinciliyi və çempionatı keçiriləcək

Bakı, 10 may, AZƏRTAC

Mayın 14-15-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə fudokan üzrə birinci açıq Sumqayıt birinciliyi və çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışda 400-dən çox fudokançı “Bu günün sağlam gənci, dövlətimizin gələcəyi, sabahımızın təminatçısıdır” şüarı altında mübarizə aparacaq.
Qaliblər medal, diplom və dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.
Yarış Sumqayıt Olimpiya İdman Kompleksində Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi və Dünya Fudokan Federasiyasının ölkəmizdəki rəsmi və səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

İdman 2022-05-10 15:24:00