Yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək
Bakı, 10 may, Nicat Məmmədov, AZƏRTAC
Mayın 13-dən 15-dək Ağır Atletika Akademiyasında yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Şüvəlan qəsəbəsindəki yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klublar, mərkəzlər, UGİM-ləri təmsil edən 150-yə yaxın gənc atlet iştirak edəcək.
Yarışın keçirilməsində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə ağır atletlərin aşkar olunması, yeniyetmə oğlan və qızlardan ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, beynəlxalq yarışlara hazırlanması.
İraq millisinin 19 yaşlı üzvü "Mançester Yunayted" klubu ilə yeni müqavilə imzalayıb
Basketbol üzrə milli komandamız Avropa çempionatında ilk oyununu keçirib
"Liverpul"un hücumçusu Takumi Minamino "Monako"ya keçib
Azərbaycan çempionu "Murov" Xorvatiyanın “Kitro Varazdin” klubu ilə qarşılaşacaq
Güləşçimiz Qurban Qurbanov U-20 Avropa çempionatının finalına yüksəlib