Müdafiə Nazirliyinin rəhbərliyi Ümummilli Liderin xatirəsini yad edib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin rəhbər heyəti Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, xatirəsini hörmət və ehtiramla yad edib.
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr təqdim edilib
Müdafiə Nazirliyi: İstifadəyə yararsız döyüş sursatlarının utilizasiyası davam etdirilir