Uşu üzrə Azərbaycan çempionatı keçiriləcək
Bakı, 9 may, AZƏRTAC
Mayın 13-də Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) və Azərbaycan Uşu Federasiyasının təşkilatçılığı ilə uşu üzrə XXIX Azərbaycan çempionatı start götürəcək.
AZƏRTAC xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil ediləcək yarışda böyüklər, gənclər və yeniyetmələr iştirak edəcəklər.
Ölkə çempionatı mayın 15-dək davam edəcək. Çempionatın təşkilində əsas məqsəd AGİN-in idman təqvim planının yerinə yetirilməsi, uşu idman növünün kütləviliyinin təmin edilməsi, yığma komandaların tərkibinin formalaşdırılması və idmançıların yarış təcrübəsinin artırılmasıdır.
Cüdoçularımız Avropa kuboku yarışında 1 gümüş, 1 bürünc medal qazanıblar
“Qarabağ” – “Lex” oyununu ingiltərəli hakimlər briqadası idarə edəcək
Tamblinqçimiz Mixail Malkin Portuqaliyada dünya kuboku yarışında birinci olub
Para-atletimiz Tunis Qran-Prisində qızıl medal qazanıb
Gənc idman gimnastımız beynəlxalq Budapeşt kuboku yarışında üç medal qazanıb