Azərbaycanlı tələbələr boks üzrə Gürcüstan çempionatında iki gümüş medal qazanıblar
Tbilisi, 9 may, AZƏRTAC
Tələbələr arasında boks üzrə Gürcüstan çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Marneuli Bələdiyyəsinin ev sahibliyi etdiyi birincilikdə Marneuli İdman Məktəbinin boksçuları uğurla çıxış ediblər.
Çempionatda Röyal Bədəlov (52) və Fazil Sultanov (90 kq) gümüş medal qazanıblar.
Marneulidəki “Azərbaycan Evi”ndə (Azerbaijan Hous) qalibləri mükafatlandırma mərasimi keçirilib. Tədbirdə bildirilib ki, turnirin qalibləri müxtəlif beynəlxalq turnirlərdə, o cümlədən Avropa və dünya çempionatlarında Gürcüstan adından çıxış etmək hüququ qazanıblar.
Mərasimdə Gürcüstan Boks Federasiyasının prezidenti David Tsiklauri, Kvemo Kartli bölgəsinin qubernatoru Giorgi Doxturişvili, Marneulinin meri Kənan Ömərov, Gürcüstan parlamentinin deputatı Zaur Darğallı və digər rəsmi şəxslər iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
“Neftçi” klubu Gürcüstan milli komandasının üzvünü transfer edib
Dünya Badminton Günü ilə bağlı Qusarda tədbir keçirilib
“Zirə” klubu futbolçusu Sərtan Taşkınla müqaviləni yeniləyib
“Lex” – “Qarabağ” matçına 22 mindən çox bilet satılıb
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını Belarusda davam etdirəcək