×
A
A
A
Sazlamalar

Çimərlik futbolu üzrə Azərbaycan millisi Küveyt yığmasını məğlub edib

Bakı, 9 may, AZƏRTAC
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Küveyt yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Bakı Su İdmanı Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 6:2 hesabı ilə komandamızın xeyrinə başa çatıb.
Millimizin heyətində Orxan Məmmədov (2), Amid Nəzərov (2), Fuad Hüseynov və Ruslan Voronsov fərqləniblər.
Komandalar arasında sonuncu oyun mayın 11-də olacaq.

İdman 2022-05-09 07:40:00