Fransada gənc cüdoçular arasında Avropa kuboku yarışını Azərbaycan komandası 8 medalla başa vurub
Bakı, 8 may, AZƏRTAC
Fransada gənc cüdoçular arasında Avropa kuboku yarışını Azərbaycan komandası 8 medalla başa vurub.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycanı oğlanlar arasında 16 idmançı təmsil edib. Yarışın ikinci günü komandamızın üzvləri üçün daha uğurlu olub. Belə ki, təmsilçilərimiz İsmayıl Zamanov (81 kq) və Vüqar Talıbov (90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Ömər Rəcəbli (81 kq), Ruslan Nəsirli (100 kq), Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, turnirin birinci günündə təmsilçilərimiz Turan Bayramov (60 kq), Vüsal Qələndərzadə (73 kq) yalnız finalda uduzaraq gümüş medala sahib olublar, Qasım Vəlizadə (66 kq) üçüncü yeri tutub.
Beləliklə, komandamız 2 qızıl, 2 gümüş, 4 bürünc medalla ümumi hesabda 4-cü yeri tutub.
İki gün davam edən turnirdə 15 ölkədən 300-dən çox idmançı mükafatlar uğrunda mübarizə aparıb.
Futbol üzrə Afrika Millətlər Kuboku yarışı 2024-cü ilin yanvarına təxirə salınıb
“Neftçi” klubu Gürcüstan milli komandasının üzvünü transfer edib
Dünya Badminton Günü ilə bağlı Qusarda tədbir keçirilib
“Zirə” klubu futbolçusu Sərtan Taşkınla müqaviləni yeniləyib