Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun Zod mədənində mülki erməni işçilərə atəş açması barədə Ermənistan mətbuatında yayılan məlumatlar yalandır
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində ordumuzun bölmələrinin guya erməni mülki işçilərə atəş açması barədə Ermənistan mətbuatında yayılan xəbərlərə münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin bununla bağlı yaydığı açıqlamada qeyd edilib: “Dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır. Bu xəbəri qəti surətdə təkzib edirik”.
Türkiyənin Milli Müdafiə Universitetində Azərbaycanın hərbi qulluqçularına diplomlar təqdim edilib
Ankarada azərbaycanlı hərbi feldşerlərə diplomlar təqdim olunub
Komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilir VİDEO
Ankarada Azərbaycanın hərbçi həkimlərinə rütbə və diplomlar təqdim olunub
Azərbaycan ilə Latviya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub