STANAG testlərinin tərtib edilməsi üzrə təcrübə mübadiləsinə dair seminar keçirilib
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil üzrə ekspertlərin işçi görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ingilis dili üzrə STANAG testlərinin tərtib edilməsi üzrə təcrübə mübadiləsi, test materiallarının moderasiya edilməsi, qarşılıqlı istifadəsi və sınaqdan keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, STANAG NATO-nun standartlaşdırma sənədidir və üzv dövlətlərin qarşılıqlı fəaliyyət tələbinə cavab vermək üçün standartın tam və ya qismən, şərti və qeyd-şərtsiz həyata keçirilməsinə dair razılığını müəyyən edir.
Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi təşkil edilib
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Qardaş ölkə hərbçiləri ilə birgə təlimlər keçirilib
Azərbaycan Ordusunun hərbi qulluqçusu baş vermiş texniki qəza nəticəsində həlak olub