×
A
A
A
Sazlamalar

E-kommersiya proseslərində müasir rəqəmsallaşdırma texnologiyalarının tətbiqi məsələləri araşdırılır

Bakı, 25 aprel, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, mövzunu təqdim edən institutun magistrantı Ülkər Haqverdiyeva Dördüncü Sənaye İnqilabının ticarət sahəsində rəqəmsallaşma prosesinin sürətlənməsinə, e-ticarətə yönələn satıcı və alıcıların sayının artmasına səbəb olduğunu bildirib.
Azərbaycanda ticarətin inkişaf perspektivlərindən söz açan məruzəçi “azexport.az”, “Azericard”, “E-Manat”, “MilliÖn”, “hesab.az” və s. kimi onlayn ödəniş sistemləri haqqında məlumat verib.
Onun sözlərinə görə, e-ticarət üzrə təqdim edilən xidmətlərin təkmilləşdirilməsində müasir rəqəmsallaşdırma texnologiyalarının tətbiqi bu istiqamətdə müsbət nəticələrin əldə olunmasına imkan verir. E-ticarət proseslərinin rəqəmsallaşdırılmasında sənaye müasir texnologiyalarının tətbiq edilməsi e-ticarət sistemlərinin inkişafında yeni perspektivlərin meydana çıxmasına şərait yaradacaq. Qeyd edilən müasir texnologiyaların Azərbaycanda e-ticarət fəaliyyətinin təkmilləşdirilməsində tətbiqi sayəsində ölkədə e-ticarətin səmərəli inkişafı təmin oluna bilər.
Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.

Texnologiya 2022-04-25 18:02:00