Əlahiddə Ümumqoşun Ordunun mühəndis bölmələrində praktiki məşğələlər keçirilir VİDEO
Bakı, 16 aprel, AZƏRTAC
Əlahiddə Ümumqoşun Ordunun mühəndis bölmələrində praktiki məşğələlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, praktiki məşğələlərə cəlb olunan mühəndis bölmələri səhra təlim mərkəzlərinə çıxarılıb.
Şəxsi heyətin silahlanmaya qəbul edilmiş müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadəsi üzrə bacarıqlarının təkmilləşdirildiyi məşğələlər 44 günlük Vətən müharibəsində qazanılmış təcrübəyə əsasən keçirilir.
Məşğələlər zamanı silahlanmada mövcud olan müasir mina əleyhinə qoruyucu istehkam kostyumları və minaaxtaranlar, ön xəttin qarşısında qurulacaq partlamayan piyada və tank əleyhinə mühəndis maneələrinin nümunələri, döyüş və avtomobil texnikalarının səngərləri və daldalanacaqları nümayiş etdirilib. Şəxsi heyətə “Pomnis-2” mina sahalərindən keçidaçma qurğusunun taktiki-texniki xüsusiyyətləri və iş prinsipi, mühəndis-müşahidə postlarından düşmənin mühəndis kəşfiyyatının aparılması qaydaları çatdırılıb.
Məşğələlərdə mühəndis yol bölmələri tərəfindən təbii və süni maneələrdən texnikaların keçidi təmin edilib, şəxsi heyət partlayıcı qurğu və vasitələrdən istifadə qaydaları üzrə praktiki məşq etdirilib.
Əlahiddə Ümumqoşun Orduda şəxsi heyətin döyüş hazırlığının artırılması məqsədilə keçirilən məşğələlər davam edir.
Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO
Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO