×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunun rabitə hissə və bölmələrində məşğələlər keçirilib

Bakı, 16 aprel, AZƏRTAC
Bu ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun rabitə hissə və bölmələrində ixtisas hazırlığı üzrə məşğələlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məşğələlərdə səhra rabitə qovşağı və elementlərinin ərazidə açılması, yaranmış mürəkkəb şəraitdə vahid rabitə sisteminin təşkil edilməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsi praktiki olaraq məşq etdirilib.
Rabitəçilər idarəetmənin təşkili üçün ərazidə açılmış dayaq və mobil rabitə qovşaqlarından qərargahlararası yüksəkkeyfiyyətli səs və məlumat mübadiləsini bacarıqla yerinə yetiriblər.

 

Ordu 2022-04-16 14:23:00