×
A
A
A
Sazlamalar

Heyvanın insan orqanizminə faydası

Bakı, 15 aprel, AZƏRTAC

Qış meyvələrindən olan heyva tərkibində pektin, alma və limon turşuları, müəyyən miqdarda karotin və askorbin turşusu ilə zəngin meyvədir. Bu səbəbdən heyva immunitet sistemini tənzimləyir, mədə xəstəlikləri - mədə xorası və qastrit kimi problemlərin qarşısını alır. Heyva həm təzə, həm də qaynadılmış halda istehlak edilə bilər. Qaynadılmış şəkildə istifadə olunduqda qusma və ürəkbulanma hallarını aradan qaldırır. Bu səbəbdən hamilə qadınlar heyvadan xüsusilə istifadə etməlidir.
AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, heyvanın tərkibində C, A, E, B1 və B2 vitaminləri var. Eyni zamanda toxumları dəri xəstəliklərinin müalicəsində faydalıdır. Qaraciyərdə yaranan problemlərə, ürək xəstəliklərinə xeyirdir. Qış aylarında yaranan öskürək, soyuqdəymə problemlərinin aradan qaldırılmasına ciddi təsir göstərir. Kalorisi az və lifi yüksək olduğu üçün pəhriz saxlayanlar üçün də idealdır.

 

Sağlamlıq klubu 2022-04-15 11:57:00