×
A
A
A
Sazlamalar

Elmi seminar: Big Data məlumatlarının klasterləşdirilməsinin xülasəsi

Bakı, 11 aprel, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. Tədbirdə “Big Data məlumatlarının klasterləşdirilməsinin xülasəsi” (Review of clustering Big Data) mövzusunda məruzə dinlənilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
İnstitutun dissertantı Tural Bədəlov məruzəni təqdim edərək klasterləşmənin geniş tətbiq sahələrinə malik olduğunu bildirib. O, böyük ölçülü verilənlərin klasterləşməsində istifadə olunan alqoritmlər və metodlardan söz açıb, onların hər birinin iş prinsipini diqqətə çatdırıb.
Məruzəçi ümumi şəkildə bölünməyə və sıxlığa əsaslanan alqoritmlər, ierarxik alqoritmlər haqqında məlumat verib, eyni zamanda, böyük ölçülü verilənlərin klasterləşdirilməsi üçün istifadə olunan müxtəlif texnikalardan, o cümlədən verilənlərin paralel işlənməsi və atributların sayının azaldılması üsullarından bəhs edib, onların üstünlükləri və çatışmazlıqlarını seminar iştirakçılarının diqqətinə çatdırıb.
Məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev mövzu ilə bağlı fikirlərini bölüşüb, müvafiq istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə edib.

Texnologiya 2022-04-11 11:09:00