Müdafiə Nazirliyi: Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası aparılacaq
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi aprelin 11-dən 16-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlıq uğurla inkişaf edir
Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edir VİDEO