×
A
A
A
Sazlamalar

Xurmanın insan orqanizminə faydası

Bakı, 9 aprel, AZƏRTAC

Ramazanda süfrəmizdən əskik etmədiyimiz xurmanın tərkibində lif olduğu kimi kalium, maqnezium, mis və B vitaminləri də mövcuddur. Tərkibindəki bu vitamin və minerallara görə xurma “şəfalı meyvə” kimi xarakterizə edilir. Xurma yüksək vitamin tərkibli olduğu üçün xüsusi ilə Ramazan ayında ona üstünlük verilir. Hesablamalara görə 3 ədəd xurmada orta hesabla 60 kilokalori var.
AZƏRTAC tibbi saytlara istinadən bildirir ki, qidalanma və pəhriz mütəxəssisi Yeşim Özcan xurmanın yüksək şəkər tərkibli qida olduğu üçün şəkər xəstəliyindən əziyyət çəkənləri bu “şəfalı meyvəni” qəbul edərkən onun sayına diqqət yetirməyə çağırıb. Y.Özcan şəkər xəstəliyindən əziyyət çəkənlərin xurma yedikdən sonra qatıq, fındıq yaxud da qoz yeməyi də tövsiyə edib.
Xurmanın sağlamlığa olan faydasından danışan mütəxəssis bildirib ki, xurma metabolizmi gücləndirir, başağrısına qarşı effektlidir, qəbizlikdən qoruyur, əzələ ağrılarının aradan qaldırılmasına kömək edir, sümükləri gücləndirir, dərini gözəlləşdirir. Bundan əlavə xurma pəhriz saxlayanlar üçün də əvəzolunmaz meyvədir.

Sağlamlıq klubu 2022-04-09 16:48:00