UNEC-də “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda II beynəlxalq konfrans keçiriləcək
Bakı, 9 aprel, AZƏRAC
Aprelin 28-29-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda II beynəlxalq konfrans keçiriləcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfrans İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər nüfuzlu qurumların birgə təşkilatçılığı ilə reallaşacaq. Dövlət və özəl qurumları bir araya gətirəcək konfransda qlobal iqtisadi artımın qarşısında duran əsas problemlər, yüksək texnologiyalar yönümlü istehsal ekosistemi, iqtisadiyyatın rəqəmsal transformasiyası, yaşıl iqtisadiyyat və davamlı inkişaf, postpandemiya dövrünün iqtisadi çağırışları, biznes transformasiyası və Azərbaycan iqtisadiyyatının keçmişinə və gələcəyinə baxış, Qarabağ iqtisadiyyatının bərpası və inkişafı prosesində rəqəmsal texnologiyalardan istifadə imkanları və prioritetləri kimi əsas mövzular müzakirə olunacaq.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib