×
A
A
A
Sazlamalar

UNEC-də “Soft Skills” təlimlərinə start verilib

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ömürboyu Təhsil Mərkəzində “Soft Skills” təlimlərinə start verilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, müəllimlər üçün təşkil olunan təlimləri “soft skills” (yumşaq bacarıqlar) sahəsində böyük təcrübəsi olan israilli təlimçi İlana Vaiman Naftul aparır.
İlk tədbirdən sonra UNEC-in rektoru professor Ədalət Muradov təlim iştirakçıları ilə görüşüb. Rektor ölkəmizdə yeni olan “soft skills” anlayışının əhəmiyyətindən, bu bacarıqlara tələbin iş dünyasında gündən-günə artdığını vurğulayıb və təlim iştirakçılarına uğurlar arzulayıb.
Beynəlxalq təcrübə əsasında hazırlanan təlim proqramını uğurla bitirən iştirakçılar UNEC-in sertifikatını əldə edəcəklər. Onlar Ömürboyu Təhsil Mərkəzində qurumlar və müəssisələr üçün “Soft Skills” sahəsində təlimlər keçə biləcəklər.

Texnologiya 2022-04-08 11:38:00