×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində mövqeləri atəşə tutulub

Bakı, 7 aprel, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-sı axşam saatlarında dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

 

Ordu 2022-04-07 10:09:00