Azad edilmiş ərazilərdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir VİDEO
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə mühəndis işləri davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir.
Azad edilmiş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində mart ayında 203 hektar ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.
İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 14600 hektaradək ərazi minalardan təmizlənib. Ümumilikdə 6 min ədəddən çox piyada əleyhinə, 2100 ədəddən artıq tank əleyhinə və 9300 ədəddən çox partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Azad edilən ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.
Azərbaycan Ordusunda keçirilən təlim-metodiki toplanış başa çatıb
Hərbi institutda respublika elmi-praktik konfransı keçirilib
“N” hərbi hissəsində döyüş atışlı taktiki təlim keçirilib VİDEO
MN: Ordumuzun Ağdam və Şuşa rayonları istiqamətlərindəki mövqeləri atəşə tutulub VİDEO
Raket və Artilleriya Qoşunlarında keçirilən təlimlər davam edir VİDEO