Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
Bakı, 23 mart, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı general Qamar Caved Bacva ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Pakistan arasında ikitərəfli əlaqələrin, o cümlədən hərbi əməkdaşlıq və strateji tərəfdaşlığın yüksələn xətlə inkişafından danışılıb.
Həmçinin Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə ikitərəfli, eləcə də üçtərəfli birgə hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.
Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO
Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO