Müdafiə naziri Zakir Həsənov Pakistan Ordu Muzeyini ziyarət edib
Bakı, 22 mart, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan Ordu Muzeyini ziyarət edib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qonaqlara muzeydə nümayiş etdirilən eksponatlar haqqında ətraflı məlumat verilib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov Ordu Muzeyinin fəxri qonaqlar kitabına xatirə sözlərini yazıb.
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlıq uğurla inkişaf edir
Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edir VİDEO