×
A
A
A
Sazlamalar

“Big Idea” müsabiqəsi açıq elan olunur

Bakı, 20 mart, AZƏRTAC

“Creative Spark” proqramının bir hissəsi olaraq, “British Council” təşkilatı iştirakçılar üçün sahibkarlıq mövzusunda bacarıqları artırmaq məqsədilə “Creative Spark Big Idea” video müsabiqəsi keçirir. Müsabiqədə iştirak etməklə startap ideyalarının reallaşması üçün maliyyələşmə, mentorluq dəstəyi və UNEC tərəfindən sertifikatlı professional inkişaf dərsləri əldə etmək imkanları yaranır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) məlumat verilib. Bildirilib ki, seçilmiş videolar həm müsabiqəyə təqdim olunacaq, həm də UNEC tərəfindən yarışmaçının istədiyi sahəyə uyğun olaraq sertifikatlı professional inkişaf kursunda iştirak edəcək.
UNEC-də təhsil alan və ya məzun olmuş tələbələr fikirlərindən asılı olaraq hansı kateqoriyaya daxil olmaq istədiklərinə qərar verməlidir (hər fikir yalnız bir kateqoriyaya daxil ola bilər).
Müsabiqədə dörd kateqoriya var:
-Rəqəmsal texnologiya (Digital Technology)- yeni proqram və ya aparatın işlənib hazırlanması və tətbiqi ilə bağlı fikirlər;
-Sosial təsir (Social Impact)- sosial daxilolma və gender bərabərliyini həll edən və ya təmsil olunmayan icmaların və hüdudların kənarındakı hədəfləri düşündürən fikirlər;
-Yaradıcı (Creative)- yeni bir məhsul, sərgi və ya mədəni mühitin daha canlı olması ilə bağlı fikirlər. Yaradıcı insanların yeni auditoriyaya çatmasına kömək edən fikirlər də bu kateqoriyada nəzərdən keçiriləcək.
Qalib seçilən şəxslər 2000 funt məbləğində ideyalarını reallaşdırmaq üçün maliyyə və fərdi mentorluq dəstəyi əldə edəcəklər.
Videolar ingilis dilində təqdim olunmalıdır.
Ətraflı məlumat UNEC-in saytında yerləşdirilib. Əlavə suallar üçün [email protected] email ünvanına müraciət etmək olar.
Qeydiyyat aprelin 6-dək aparılır.

Texnologiya 2022-03-20 12:51:00