×
A
A
A
Sazlamalar

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında intellektual proqram məhsulları nümayiş olunacaq

Bakı, 17 mart, AZƏRTAC

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçiriləcək sərgidə İnformasiya Texnologiyaları İnstitutu tərəfindən cəmiyyətdə toplanan informasiya selinin süni intellekt texnologiyalarının köməyilə analiz olunması, təsnifi və proqnozlaşdırılması ilə bağlı dünyanın aparıcı elmi mərkəzləri tərəfindən tanınan, yüksək impakt faktorlu jurnallarda dərc olunan və tətbiq edilməyə hazır olan proqram təminatı məhsulu nümayiş olunacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
Bildirilib ki, sərgiyə təqdim olunacaq digər texnoloji məhsul əşyaların interneti platformasında kritik infrastrukturlara olan təhdidlərin aşkarlanması və ona qarşı tədbirlərin görülməsi ilə bağlı neyron şəbəkələrə əsaslanan dərin təlim texnologiyaları üzrə intellektual proqram məhsullarını əhatə edir.
Xatırladaq ki, AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovun sədrliyi ilə AMEA-nın elmi müəssisələrinin “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçiriləcək sərgidə iştirakı məsələsinə həsr olunan onlayn müşavirə keçirilib.

Texnologiya 2022-03-17 12:36:00