Novruz bayramı ərəfəsində hərbi qulluqçularla görüşlər keçirilib
Bakı, 15 mart, AZƏRTAC
Novruz bayramı ərəfəsində Azərbaycan Ordusuna mənəvi dəstək məqsədilə azad edilən ərazilərdə dislokasiya olunan bölmələrdə hərbi qulluqçularla görüşlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və “Nar” mobil operatorunun təşkilatçılığı ilə keçirilən bayram tədbirində çıxış edənlər Vətənin keşiyində duran əsgərlərimizi torpaq çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Sonra hərbi qulluqçulara hədiyyələr və bayram sovqatı təqdim edilib, hərbi hissənin ərazisində müxtəlif növ ağaclar əkilib.
Tədbir tonqallar ətrafında Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin konsert proqramı ilə davam edib.
Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO
Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO