Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində elmi konfrans keçirilib
Bakı, 12 mart, AZƏRTAC
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin təşkilatçılığı ilə 2022-ci ilin elmi iş planına uyğun olaraq, Kursant Hərbi Elmi Cəmiyyətinin növbəti konfransı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransın əsas məqsədi elmi və elmi-tədqiqat işinə meyilli kursantların aşkar edilməsi, hərb elminin inkişafında onların rolunun artırılması və “Ən yaxşı məruzəçi”lərin respublika miqyaslı analoji tədbirlərdə iştirakının təmin olunmasıdır.
Konfransda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin şəxsi heyəti ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin təhsil müəssisələrinin zabit və kursantları da iştirak ediblər.
Üç bölmə üzrə təşkil olunan konfransda ümumilikdə 70 kursantın məruzəsi dinlənilib.
Konfransın yekununda iştirakçılara sertifikatlar təqdim olunub.
Türkiyənin Milli Müdafiə Universitetində Azərbaycanın hərbi qulluqçularına diplomlar təqdim edilib
Ankarada azərbaycanlı hərbi feldşerlərə diplomlar təqdim olunub
Komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilir VİDEO
Ankarada Azərbaycanın hərbçi həkimlərinə rütbə və diplomlar təqdim olunub
Azərbaycan ilə Latviya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub