×
A
A
A
Sazlamalar

UFAZ-da proqramlaşdırma üzrə hakaton keçirilib

Bakı, 9 mart, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) tələbələr arasında #UFAZHackathon2022 yarışması keçirilib.
Bu barədə AZƏRTAC-a UFAZ-dan məlumat verilib. Bildirilib ki, yarışmada UFAZ tələbələri ilə yanaşı, daha 8 universitetdən ümumilikdə 30 komanda iştirak edib.
Hakaton kənd təsərrüfatı, texnologiya, ətraf mühit, maliyyə, səhiyyə və su təsərrüfatı sahələrinə aid mövzulara həsr olunub. Üç nəfərdən ibarət komanda verilən mövzulara uyğun proqramlaşdırma tapşırıqlarını icra edib.

Texnologiya 2022-03-09 12:02:00