×
A
A
A
Sazlamalar

Müdafiə Nazirliyi həftəlik videoicmalı təqdim edib VİDEO

Bakı, 6 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında növbəti videoicmal hazırlayıb.
AZƏRTAC nazirliyin mətbuat xidmətinə istinadla həmin videoçarxı təqdim edir.
Videoicmalda ötən həftə ərzində həyata keçirilmiş bir sıra tədbirlər, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə qəbulun davam etməsi, Naxçıvan Qarnizonu Qoşunlarında taktiki-xüsusi təlimin keçirilməsi, minaatan bölmələrinin atəş çalışmaları, Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı məşğələləri, Laçın rayonu istiqamətində itkin düşmüş hərbi qulluqçularımızın axtarış-xilasetmə tədbirləri ilə bağlı görüntülər yer alıb.

Ordu 2022-03-06 14:09:00

Video