Goranboy rayonu istiqamətində mövqelərimiz atəşə tutulub
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-i saat 00:40-dan 00:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Goranboy rayonunun Gülüstan yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlıq uğurla inkişaf edir
Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edir VİDEO