×
A
A
A
Sazlamalar

Paytaxt sakini: Xocalı soyqırımı qurbanlarının, şəhidlərimiz qanı yerdə qalmadı

Bakı, 26 fevral, AZƏRTAC

Bu il artıq Xocalı faciəsinin 30-cu ildönümüdür. Heç vaxt inanmamışdım ki, Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında fevralın 26-da Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının abidəsini ziyarət edən paytaxt sakini Tahirə Ələkbərova deyib.
O bildirib ki, müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Xocalı soyqırımı qurbanlarının, şəhidlərimizin qisasını aldı, onların qanını yerdə qoymadı.
“Ölkəmizə bir daha müharibə ilə yaşamamağı arzulayıram. Xalqımız bundan sonra da azad yaşasın”, - deyə T.Ələkbərova vurğulayıb.

Xocalı faciəsi 2022-02-26 19:22:00