×
A
A
A
Sazlamalar

Aynur Sofiyeva: İnanırıq ki, Xocalı faciəsinin törədənlər ədalət məhkəməsi qarşısında cavab verəcəklər VİDEO

Bakı, 26 fevral, AZƏRTAC
Xocalı faciəsi heç zaman unudulmayacaq, yaddan çıxmayacaq. Çox acıdır ki, dünya birliyi, beynəlxalq təşkilatlar bu vəhşiliyə hələ də lazımınca qiymət verməyiblər və susmaqda davam edirlər. Bu qətliamı törədənlərin cəzalandırılmaması növbəti faciələrə yol açır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.
A.Sofiyeva bildirib ki, Xocalı faciəsi insanlığa, bəşəriyyətə qarşı yönələn ən qəddar aktlardan biridir. Bu faciədə Xocalı şəhəri yerlə-yeksan edildi, analar uşaqlarını itirdilər, körpələr süngüyə keçirildi. Həmin o qəddar gecədə qan su yerinə axırdı. Erməni cəlladları qadın, uşaq, yaşlı demədən hamıya zülm edirdilər.
Sədr müavini vurğulayıb ki, 30 ilə yaxın əsarətə dözən Azərbaycan xalqı və dövləti yorulmadı, usanmadı və yıxılmadı. Xocalı faciəsi torpaqlarımız uğrunda mübarizədə bizi daha da birləşdirdi. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu.
“Biz Xocalı faciəsinin qurbanlarının qisasını o vaxt tam alacayıq ki, bu qətliama beynəlxalq hüquq normaları çərçivəsində qiymət verilsin. İnanırıq ki, Xocalı faciəsinin törədənlər öz layiqli cəzalarını alacaqlar və qatillər ədalət məhkəməsi qarşısında cavab verəcəklər.

Xocalı faciəsi 2022-02-26 19:06:00

Video