×
A
A
A
Sazlamalar

Neft və Sənaye Universitetində “Xocalı soyqırımı - 30” adlı kitab sərgisi

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş “Xocalı soyqırımı - 30” adlı kitab sərgisi təşkil olunub.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, sərgidə ermənilərin torpaqlarımızda törətdiyi qanlı hadisələrdən, tariximizə qanla yazılan Xocalı qırğınından bəhs edən müxtəlif adda kitablar, sənədlər, jurnallar, qəzetlər, faciəni əks etdirən fotoşəkillər nümayiş olunur.
Eyni zamanda, “Xocalı soyqırımı – 30” adlı virtual sərgi istifadəçilərə təqdim edilib.

Elm və təhsil 2022-02-26 13:22:00